Bərdədə süd tədarükü müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Bərdədə süd tədarükü müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında agentliyin əməkdaşları Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçiriblər.
Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:36]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]