BƏRDƏLİ GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Bərdə rayon hərbi komissarlığından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər il olduğu kimi bu il də bərdəli gənclər hərbi xidmətə həvəslə gedirlər. İndi çağırışçı gənclər arasında hərbi xidmətdən yayınanlar yoxdur. Onlar Vətən qarşısında müqəddəs borclarını yerinə yetirəcəklərinə, Ali baş komandanın bütün əmrlərinə hər an hazır olacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün qorunması işinə sədaqətlə xidmət edəcəklərinə söz vermişlər.
Gənclər hərbi xidmətə təntənəli surətdə yola salınmışlar.