Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri

Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri

Bakı, 30 dekabr, AZƏRTAC

“Dədə Qorqud” xalqımızın bədii düşüncəsində əbədi yaşayan poetik ruhdur. Şairlərin təxəyyülündə ilhamın oyanması tarixən onun da oyanması ilə müşayiət olunub. Qorqud ədəbi ruhu həmişə var olmuş, daim milli poetik düşüncəni qidalandırıb. XX əsrin birinci yarısında “Kitabi-Dədə Qorqud” eposunun çap olunaraq cəmiyyətimizdə məşhurlaşması həmin ruhu şairlərin təxəyyülündə kütləvi şəkildə coşdurub və həmin çoşqu müasir ədəbiyyatımızda bu günə kimi davam etməkdədir.

Bəxtiyar Vahabzadənin dastana bütün hallarda milli dəyərlər aspektində müraciət etməsinin səbəbləri onun bir məqaləsində belə izah edilir: “Hər bir xalq üçün öz kökünü, ilkini və qaynağını bilmək vacibdən vacibdir. Ona görə ki, haradan gəldiyini bilməyən hara gedəcəyini də bilməz. Bu gün böyük xariqələr yaradan, qəhrəmanlıqlar göstərən xalqımız bu qüdrəti və bu gücü haradan almış - deyə düşündüyümüz zaman keçmişə baxır, ilkimizi araşdırmalı oluruq. Bugünkü qəhrəmanlar kökləri əsrlərin dərin qatlarına işləyən nəhəng bir ağacın əsrimizdəki budaqlarıdır. Bu ağacın adı “Qorqud” ağacıdır”.

Bu dikirlər filologiya elmləri doktoru, professor Yeganə İsmayılovanın “Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Müasir poeziyada “Kitabi-Dədə Qorqud” motivlərindən istifadə ənənəsi daha sonra dövrün ab-havasına uyğun olub. Repressiyalar dövründə ona maraq zəifləyib, hətta sönüb, sonralar yenə güclənib. Ümumiyyətlə isə “Dədə Qorqud” ruhu Azərbaycan ədəbiyyatını heç vaxt tərk etməyib.

Azərbaycan poeziyasında xüsusilə görkəmli şairlərin yaradıcılığında “Dədə Qorqud” motivlərindən istifadə kiçik janrlardan (şeirlərdən) monumental janrlara doğru istiqamət götürüb. Bu cəhətdən B.Vahabzadə, N.Xəzri, B.Səhənd, A.Abdullazadə, Z.Yaqub, N.Kəsəmənli, V.Aslan və başqa şairlər Dədə Qorqud ruhunda təkcə kiçikhəcmli şeirlər yox, eləcə də iri poemalar yazıblar.

Şair və yazıçıların eposa coşqun marağının əsasında elə bu amil durur. Özünü bir milli şəxsiyyət və sima kimi axtaran, milli özünütəsdiq ideyaları üçün alışıb-yanan yaradıcı subyektlər həmin ideya və idealları məhz “Kitabi-Dədə Qorqud” dastanlarında tapırlar. Bu cəhətdən görkəmli şair B.Vahabzadənin dastanın obraz və ideyalarından istifadəsinin kökündə məhz milli ideyalar və milli özünütəsdiq idealları durur.

“Azərbaycan oğluyam” şeirində “anasının torpaq”, “atasının od olduğunu” və “oddan yarandığını” milli özünütəsdiqin ən ali və ülvi səviyyəsi kimi bəyan edən B.Vahabzadə milli varlığımızın “hünər” keyfiyyətini vəsf edərkən “Kitabi-Dədə Qorqud”dan məşhur adalma motivinə istinad etmişdir:

Hünər göstərməyincə

Adsız yaşamışam mən.

Dədəm Qorqud ad verdi

Mənə öz hünərimdən.

Şair Qarabağ atını tərənnüm edərkən onu elimizin igidlik simvolu səviyyəsinə qaldırır və bu zaman ulu Bayandur xanı yada salır:

Qarabağın kürən atı –

Döyüşlərdə arxasıdır

Koroğlunun, Bayandurun

Başqa bir (adsız) şeirində ulu Dədə Qorqud sənətkarın ürəyini içəridən didən fikirləri, milli arzu və istəklərini bölüşdüyü həmsöhbət - həmdərddir:

Tutuşmuşam, çaxmaq yoxdur alışmağa.

Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa.

Ürəyimin sözlərini oba-oba danışmağa

Dədə Qorqud timsalında ozan ola,

Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola!

Filosof şair B.Vahabzadənin poeziyasında dastana milli dəyərlər aspektində müraciət etməsinin səbəbləri onun bir məqaləsində belə izah edilib: “Hər bir xalq üçün öz kökünü, ilkini və qaynağını bilmək vacibdən vacibdir. Ona görə ki, haradan gəldiyini bilməyən hara gedəcəyini də bilməz. Bu gün böyük xariqələr yaradan, qəhrəmanlıqlar göstərən xalqımız bu qüdrəti və bu gücü haradan almış - deyə düşündüyümüz zaman keçmişə baxır, ilkimizi araşdırmalı oluruq. Bugünkü qəhrəmanlar kökləri əsrlərin dərin qatlarına işləyən nəhəng bir ağacın əsrimizdəki budaqlarıdır. Bu ağacın adı “Qorqud” ağacıdır”.

Azərbaycan şairləri “Dədə Qorqud” motivlərinə geniş şəkildə müraciət ediblər. Qorqud ədəbi ruhu həmişə milli poetik düşüncəni qidalandırıb. XX əsrin birinci yarasında “Kitabi-Dədə Qorqud” eposunun çap olunaraq cəmiyyətimizdə məşhurlaşmasından yaranan “Dədə Qorqud” coşqusu müasir ədəbiyyatımızda bu günə kimi davam edir.

B.Vahabzadə dramaturgiya sahəsində də özünəməxsusdur, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib. “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Qızıl alma”, “Dar ağacı”, “Atamın kitabı”, “Fəryad”, “Özümüzü kəsən qılınc” (“Göy türklər”) və digər dram əsərlərində mövzu dairəsi, bu əsərlərdə qaldırılan milli, bəşəri problemlər, onların bədii həlli şairin həm də mahir bir dramaturq olduğunu təsdiqləyir. Şairin dramlarında poeziyasında olduğu kimi lirik-psixoloji və epik-fəlsəfi üslub özünü göstərir.

Bəxtiyar Vahabzadənin sırf tarixi mövzuda yazdığı üç pyesi var: “Dar ağacı” (Babəkə həsr olunub), “Fəryad” (Nəsimiyə həsr olunub) və “Özümüzü kəsən qılınc” (“Göytürklər”). “Dar ağacı” pyesində Babəkin edamına nail olmuş Aqşinin (Ərəb xilafətinin valisi kimi Azərbaycana qayıtmışdı) ömrünün də dar ağacında bitməsi ibrətamizdir. İmadəddin Nəsimiyə həsr olunmuş “Fəryad” mənzum tarixi faciəsində fikir və şəxsiyyət azadlığı problemini qaldırır. Tədqiqatçılar Bəxtiyar Vahabzadənin pyeslərinin onun poeziyası ilə bağlılığını insan psixologiyasının ziddiyyətləri ilə vəhdətdə izlədiyini, daxili aləmin təhlilinə qüvvətli meyilliliyin şairin yaradıcılığı üçün səciyyəviliyini qeyd edirlər.

Şair tarixi mövzuya müraciət edərkən “tarixi dürüstlüyü tam mühafizə etməyi”, “tarixi şəxsiyyəti həyatda olduğu kimi” verməyi vacib hesab etmir.

Qəhrəmanlarının əlamətdar cəhətlərini, tərcümeyi-halının mühüm nöqtələrini tarixin inkişaf qanunları baxımından ümumiləşdirilib, onun yaşadığı dövrü, həmin dövrün pafosunu, qabaqcıl ideyalarını əks etdirir. Hər tarixi dramını yazmazdan əvvəl müəllif qələmə aldığı dövrü dərindən öyrənir, ona bu günün gözüylə nəzər salmağı, dövrlər arasında əlaqə yaratmağı bacarır, bu günün tamaşaçıları ilə ulu əcdadlarımız arasında bir növ körpü yaradır.

B.Vahabzadənin müstəqillik illərində qələmə aldığı tarixi dramlarından biri də “Özümüzü kəsən qılınc”dır. “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılmış həmin dramda türklərin şanlı, ulu tarixi mövzu obyekti kimi götürülmüş, türk xalqlarının birliyi məsələsinin vacibliyi əsas ideya mərkəzinə gətirilib.

Tarixiliklə və müasirliyi özündə təcəssüm etdirən “Özümüzü kəsən qılınc” ("Göytürklər") dramı əsl mənada tarixin ibrət dərsidir: Pyesin əsasında qədim türk tayfaları arasındakı düşmənçilik və müharibələr mövzusu durur: özümüzü kəsən qılınc məhz budur. Şair tarixi mövzu ilə xalqımızı birliyə çağırır, tayfabazlıq və yerliçilik kimi eybəcər halların xalqımızın gələcəyi üçün təhlükə olduğunu vurğulayır.

“Nə qədər ki, qılıncımız düşməni deyil, özümüzü kəsəcək, biz kiçiləcəyik, böyük türk ola bilməyəcəyik”. Əsər VII əsrdə mövcud olmuş Göytürklərdən, onların torpaq uğrunda apardığı mübarizədən, əsərin qəhrəmanı Gur-Şadın qəhrəmanlığından bəhs edir. Şair ana xəttini vətən, torpaq, azadlıq təşkil edən pyesdə bədii boyalarla tarixilik və müasirliyin vəhdətini yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır