Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olacaq
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 31-də Şəki şəhərində Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncamına əsasən, Şəkidə Ə.Haqverdiyev küçəsi, 73 ünvanında ədibin ev-muzeyi yaradılıb.
Muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar - ümumilikdə 735 eksponat yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]