Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beybit İsabayev: Azərbaycan Qafqaz regionunda Qazaxıstanın mühüm siyasi və iqtisadi tərəfdaşıdır

Beybit İsabayev: Azərbaycan Qafqaz regionunda Qazaxıstanın mühüm siyasi və iqtisadi tərəfdaşıdır

Bakı, 31 mart, AZƏRTAC

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayev Azərbaycan-Qazaxıstan münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə AZƏRTAC-ın suallarına cavab verib.

-Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin qarşıdan gələn səfərindən nə gözləmək olar və bu səfər əvvəlkilərdən nə ilə fərqlənir?

-Qarşıdan gələn səfərin başlıca xüsusiyyəti budur ki, o, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyində keçiriləcək. Dövlətimizin başçısının Azərbaycan Respublikasına əvvəlki rəsmi səfəri 2009-cu ildə olub. Bununla əlaqədar qeyd etməliyəm ki, bu səfər hər iki tərəf üçün gözlənilən hadisədir.

Bundan əlavə, həmin səfər qlobal siyasi və iqtisadi qeyri-sabitlik fonunda keçəcək. Son illərdə dünya iqtisadiyyatı xeyli dəyişikliyə məruz qalıb, onun konyunkturası dəyişib və bu proseslər indiyə qədər davam edir. Buna müvafiq olaraq, yaranmış vəziyyətdə müzakirə edilməli olan bir sıra məsələlər ortaya çıxır.

Səfər zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri nəzərdən keçiriləcək. İki dövlət başçısı tərəfindən Birgə Bəyannamənin, habelə iqtisadiyyat, nəqliyyat, maliyyə və digər sahələrdə hökumətlərarası və idarələrarası sazişlərin imzalanması gözlənilir.

-Sizcə, ölkələrimiz arasında münasibətlər necə inkişaf edir?

-Azərbaycan Qafqaz regionunda Qazaxıstanın mühüm siyasi və iqtisadi tərəfdaşıdır. Müasir qloballaşma şəraitində bizim strateji tərəfdaşlığımız getdikcə daha çox nəzərəçarpacaq aktuallıq kəsb edir. Bu məsələ başlıca olaraq, ölkələrimizin tranzit potensialına aiddir, çünki belə mürəkkəb qlobal maliyyə-iqtisadi vəziyyətdə beynəlxalq nəqliyyat-tranzit siyasətinin rolu aktuallaşır. Azərbaycan ərazisindən keçən Qafqaz marşrutu Avropa bazarlarına çıxışımızı təmin edəcək. Öz növbəsində, Qazaxıstan Azərbaycan üçün Mərkəzi Asiya və Çin bazarlarına qapı açır. Ölkələrimiz Böyük İpək Yolunda yerləşdiyinə görə, onların əməkdaşlığının ən mühüm və perspektivli komponentlərindən biri tranzitdir.

Statistika göstərir ki, dünya iqtisadiyyatı aktorlarının çoxunda əmtəə dövriyyəsi obyektiv maliyyə-iqtisadi vəziyyət üzündən xeyli azalıb. Bununla əlaqədar olaraq, indi biz prioritet istiqamətlərimizi müəyyələşdirməli və milli iqtisadiyyatı dəstəkləməyin alternativ variantlarını axtarmalıyıq. Odur ki, ölkələrimizin tranzit potensialını inkişaf etdirmək birinci dərəcəli vəzifədir. Perspektivdə ölkələrimiz qarşılıqlı əlaqələri məhz bu istiqamətdə genişləndirəcəklər.

Bundan əlavə, Kaşağan yatağında hasilatın başlanması ilə əlaqədar neft seqmentində ikitərəfli əməkdaşlığın göstəricilərinin artacağını gözləyirik.

Ticari-iqtisadi münasibətlərlə bağlı qeyd edə bilərəm ki, Qazaxıstan ilə Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. 2016-cı ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 124,38 milyon ABŞ dolları təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 7,9 faiz çoxdur. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə bu rəqəmlər xeyli yüksək olub. Bu da qlobal iqtisadi tənəzzül və dünya iqtisadiyyatının mürəkkəb durumu ilə bağlıdır. Ancaq bu gün tərəflər qarşılıqlı ticarəti inkişaf etdirmək üçün əlavə daxili imkanları nəzərdən keçirirlər.

Nəqliyyat sahəsində də əməkdaşlığın uğurlu olduğunu qeyd etmək istəyirəm. Ötən ilin noyabrında “Қазақстан темір жолы” Milli Şirkəti Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti arasında “Strateji əməkdaşlıq haqqında” Saziş imzalanıb. Lap bu yaxınlarda “KTZ Express Shipping” Səhmdar Cəmiyyəti ilə “ACSC logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müştərək müəssisə yaradılması haqqında saziş imzalanıb.

Kurık və Ələt dəniz limanlarının fəaliyyəti ikitərəfli əməkdaşlığın mühüm məqamıdır. Biz 2016-cı ilin dekabrında Kurık limanında yükdaşıma gücü ildə təqribən 4 milyon ton nəzərdə tutulan bərə kompleksinin inşasını başa çatdırdıq. Bu kompleks neft, taxıl, kimyəvi maddə, gübrə və digər yüklərin vaqonlardan boşaldılmadan mənzil başına çatdırılmasına imkan verəcək. Limanda yük avtonəqliyyatının qəbulu üçün iki bərə körpüsü inşa edilib. 2017-ci il martın 24-də artıq Kurık limanından Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ilk yük gəlib.

Bu il martın 1-də Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətləri üzrə dəmir yolu və bərələrlə yük daşınmasının şərtləri razılaşdırılıb.

Kurık limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xəttində yerləşir. Bunun da həmin istiqamətdə artmaqda olan yüklərin işlənməsi üçün böyük əhəmiyyəti var. Biz ölkələrimizin ərazisində bundan sonra da nəqliyyat layihələrinin həyata keçiriləcəyini nəzərə alaraq, limanlarımız arasında qarşılıqlı əlaqələri genişləndirməli, onların fəaliyyəti qaydalarını tənzimləməli, habelə gömrük və digər prosedurlar üçün ümumi standartlar işləyib hazırlamalıyıq.

Hazırda qlobal geosiyasət böyük dəyişikliklərə məruz qalır və dünya iqtisadiyyatı da onunla birlikdə növbəti böhran yaşayır. Amma bizim bu böhranı birgə səylərlə dəf etmək üçün yetərincə potensialımız var.

-Siz ölkələrimizin müasir beynəlxalq siyasət məsələləri ilə bağlı qarşılıqlı fəaliyyətini necə qiymətləndirirsiniz?

-Qazaxıstan ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi çoxtərəfli əməkdaşlıq formatı çərçivəsində, habelə beynəlxalq və regional xarakterli əsas problemlərə dair həmişə ümumi baxışlar və oxşar mövqelər nümayiş etdirirlər.

Bundan əlavə, tərəflər bir-birinin xarici-siyasi təşəbbüslərini dəstəkləyirlər. Bu dəstək Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü vəzifəsinə namizədliyinin dəstəklənməsində ifadə olunub. Öz növbəsində, Azərbaycan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlüyünə Qazaxıstanın namizədliyini dəstəkləyib və “EKSPO 2017” Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinin Astanada keçirilməsi lehinə səs verib.

Fürsətdən istifadə edərək, “Astana EKSPO 2017” sərgisində iştirakını birincilər sırasında təsdiq etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürümü bildirmək istəyirəm. Sərgidə Azərbaycan Respublikasının Milli Günü artıq müəyyən edilib və 2017-ci il iyulun 9-na nəzərdə tutulub. 2015-ci ildə Milanda keçirilən EKSPO sərgisində Azərbaycanın pavilyonu ən yaxşı pavilyonlardan biri olub. Ümidvarıq ki, bu müvəffəqiyyət Astana sərgisində də təkrarlanacaq.

Qeyd etmək lazımdır ki, qarşıdan gələn sərgi Azərbaycanda böyük marağa səbəb olub. Bunu “Astana EKSPO” Milli Şirkəti tərəfindən 2016-cı ilin sonunda Bakıda təşkil edilmiş roud-şou təsdiq edib. “Astana EKSPO 2017” Milli Şirkəti iştirakçıların sayının çox, marağının yüksək olmasını nəzərə alaraq, lap bu günlərdə yenidən roud-şou keçirib.

-Sizcə ticari-iqtisadi əməkdaşlıqdan başqa ikitərəfli əməkdaşlığın daha hansı sahələrini gücləndirməyə ehtiyac var?

-Zənnimcə, mədəniyyət, idman və turizm sahələrində qarşılıqlı əlaqələri gücləndirmək mümkündür. Siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirərkən, mənəvi məsələlər unudulmamalıdır. Axı qazaxlarla azərbaycanlılar ilk növbədə ümumi köklərə, ümumi tarixə malikdirlər. Xalqlarımızın mədəniyyətləri çox yaxındır. Buna görə də bu məsələyə lazımi diqqət yetirməli və əməkdaşlığı bundan sonra inkişaf etdirməliyik.

Azərbaycan bir sıra beynəlxalq tədbirlərin təşkilində böyük uğurlara nail olub. Biz hamımız 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarını, şahmat üzrə Dünya Kubokunu, “Formula 1” Avropa Qran-prisinin mərhələsini xatırlayırıq. Üçüncü Mədəniyyətlərarası Dialoq Forumunun, BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun yüksək təşkilatçılıq səviyyəsini qeyd etməyə bilmərəm. Bu tədbirlər peşəkarlıq və təşkilatçılıq örnəyidir. Heç bir şübhə yoxdur ki, qarşıdan gələn İslam Həmrəyliyi Oyunları da belə yüksək səviyyədə keçiriləcək.

Qazaxıstan da iri beynəlxalq tədbirlərin keçirilməsinə cəsarətlə qoşulur. Bizim 2011-ci ildə Asiya Qış Oyunlarının təşkili təcrübəmiz var. 2017-ci ilə Dünya Qış Universiadasının keçirilməsi ilə başlamışıq. Universiada yetərincə yüksək səviyyədə təşkil edilmişdi. Bildiyiniz kimi, bu ilin iyun ayından sentyabr ayına qədər paytaxtımız Astanada EKSPO sərgisi keçiriləcək. Bütün bunlar müsbət təcrübə mübadiləsi aparmaq üçün Qazaxıstan və Azərbaycana əlverişli şərait yaradır. Bu, ciddi potensialı olan çox maraqlı və aktual istiqamətdir. Digər tərəfdən isə bu istiqamət əcnəbi turistlərin axınına şərait yaradacaq, ölkənin müsbət imicinin formalaşmasına töhfə verəcək və bütövlükdə müasir tarixdə dövlətlərimizin müvəffəqiyyətli inkişafının göstəricisi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub