Beyləqanda aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə yardım edilib
Beyləqan, 5 aprel, AZƏRTAC
Beyləqan rayonunda aztəminatlı ailələrə, ahıl və tənha insanlara xüsusi diqqət və qayğı göstərilir. Rayonda bu qəbildən olan insanlara mütəmadi olaraq baş çəkilir, sosial problemlərinin həllinə kömək göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda növbəti dəfə 13 nəfər ahıl vətəndaşa və 12 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları və ərazi icra nümayəndələri, həmçinin 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Məhəbbət Mirzəyev, Şahin Cavadzadə və Ayaz Hüseynovun ailələrinə baş çəkərək onlara yardım ediblər.