Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb





Bakı, 15 aprel, AZƏRTAC
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri üçün təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 4 ay davam edəcək proqramda nəzəriyyə ilə yanaşı, praktiki dərslər də təşkil olunacaq və sonda XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası üçün seçmə imtahanı keçiriləcək. Seçilən şagirdlərdən ibarət komanda ölkəmizi avqustun 11-dən 21-dək Hindistanda keçiriləcək olimpiadada təmsil edəcək.
Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [21:26]
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 25.04.2025 [18:36]
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
- 25.04.2025 [18:14]
GDU-da tədbir: “Qan donorluğu, donor seçimi kriteriyaları”
- 25.04.2025 [17:53]