Beynəlxalq Avtomobil Federasiyasının prezidenti vəzifəsinə ilk dəfə qadın namizəd olacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
Tarixdə ilk dəfə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti postuna qadın namizəd olacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu, isveçrəli pilot Laura Villarsdır. 28 yaşlı sürücü bu il dekabrın 12-də keçiriləcək FIA-ya prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
"FIA yenidən klubların və lisenziya sahiblərinin federasiyasına çevrilməlidir. Məqsədim onun idarəçiliyini daha demokratik, şəffaf, hesabatlı, qadınlar və yeni nəsil üçün açıq etməkdir. Mən qəti şəkildə inanıram ki, bu idman növü bütün dünyada gənc nəsilləri ruhlandırmaq üçün müxtəliflik və innovasiyalara ehtiyac duyur", - deyə L.Villars bildirib.
Laura Villars karyerası ərzində “Ultimate Cup Series F3R”, F4 BAE, “Ferrari Challenge Europe” və “Ligier European Series” yarışlarında iştirak edib.
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının hazırkı prezidenti Mohammad ben Sulayemdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]