Beynəlxalq əlaqələr üzrə professor: İslamofobiyanın yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirməsidir
Bakı, 8 mart, AZƏRTAC
İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası yaranan münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.
Multikulturalizmin sülh və əmin-amanlıqla yaşamağın tək yolu olduğuna diqqət çəkən professor qeyd edib ki, heç bir millət digərindən üstün deyil:
“İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə bölücü bir siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirməsidir. İslamofobiyanı tətbiq edən ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]