BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI GƏMİLƏRİN TƏFTİŞİ ÜZRƏ YENİ TÖVSİYƏLƏRİ MÜZAKİRƏ EDİR
AZƏRTAC xəbər verir ki, Cenevrədə dənizçilərin həmkarlar ittifaqı təşkilatları rəhbərlərinin və gəmi sahiblərinin görüşü keçirilir.
300-dən artıq nümayəndənin iştirakı ilə keçirilən tədbirin məqsədi Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2006-cı ildə qəbul edilmiş dəniz gəmiçiliyində əmək Konvensiyasının tələblərinə uyğun olaraq bayraq və liman dövlətləri tərəfindən gəmilərin təftişi ilə bağlı tövsiyələrin müzakirə olunmasıdır.
Bu Konvensiya BƏT tərəfindən 1920-ci ildən başlayaraq dəniz gəmiçiliyində əmək fəaliyyəti ilə əlaqədar qəbul edilmiş 70-dək norma və standartı özündə birləşdirir. Konvensiya, həmçinin, bütün dünyada dəniz gəmilərinin əməli surətdə həyata keçirməli olduğu tələbləri özündə əks etdirir.