BEYNƏLXALQ GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Gənclər Günü münasibətilə Milli Parkda konsert təşkil edilmişdir.
BMT Baş Məclisinin qərarı ilə hər il qeyd edilən 12 avqust - Beynəlxalq Gənclər günü gənclərin potensialını qiymətləndirmək, onların nailiyyətlərini təbliğ etmək və öz yaşıdları arasında dəyişikliklər naminə fəal hərəkata cəlb etməyin münasib yollarını axtarmaq baxımından olduqca əlverişlidır.
Bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]