Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi 2018-ci ildə Bakıda keçiriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti - 82-ci iclası 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar FIG-in Tokioda keçirilən 81-ci iclasında qəbul olunub.
FIG-in Bakıda keçiriləcək Konqresində bu quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan paytaxtı bu mötəbər tədbirlə yanaşı, 2017-ci ildə FIG-in Şura iclasına da ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]