Beynəlxalq ictimaiyyətin 20 Yanvar faciəsinə obyektiv qiymət verməsi zəruridir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 22-ci ildönümündə şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də Zamiq Məsimovdur.
Paytaxt sakini AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, bu qanlı tarix Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq rəmzinə çevrilmişdir. Şəhidlərin əziz xatirəsinə ehtiram ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Beynəlxalq ictimaiyyətin bu faciəyə obyektiv qiymət verməsi zəruridir.
Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar qətliamının XX əsrin ən dəhşətli hadisəsi, keçmiş sovetlər ittifaqının xalqlarını əsarətdə saxlamaq siyasətinin tərkib hissəsi olduğunu bildirən Z.Məsimov azadlıq carçıları - 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını, xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]