Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq konfrans çərçivəsində konstitusion dəyərlər və insan hüquqları müzakirə olunub

Bakı, 12 noyabr, AZƏRTAC

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə panellərlə davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın moderatorluğu ilə keçirilən paneldə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusu müzakirə olunub.

Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya qeyd edib ki, Gürcüstan və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə fəal əməkdaşlıq edir. Müstəqilliklərinin bərpasından dərhal sonra hər iki ölkə insan hüquqlarının müdafiəsi üçün demokratik təsisatlar və milli sistemlər yaratmağa başlayıb. Bu prosesdə ikitərəfli məsləhətləşmələr və beynəlxalq təcrübənin paylaşılması mühüm rol oynayır.

Onun sözlərinə görə, 1990-cı illərdən indiyədək Gürcüstan və Azərbaycan arasında insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlər, məhkəmə sistemində islahatlar, penitensiar sistemin humanistləşdirilməsi və alternativ cəzanın tətbiqini əhatə edən bir neçə əməkdaşlıq memorandumu və sazişlər qüvvədə qalıb: “Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin İnkişaf Proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Məqsəd insan hüquqlarının dövlət siyasətinə inteqrasiyasını təmin etməkdir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, illər ərzində Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında güclü əməkdaşlıq ənənəsi yaranıb. Bu da ikitərəfli səfərlərdə və qarşılıqlı təcrübə mübadiləsində özünü göstərir".

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu müstəqil Azərbaycanın dövlətçilik tarixində Konstitusiyanın qəbulunun 30-cu ildönümünü mühüm hadisə kimi qiymətləndirib: “Çünki Konstitusiya dövlətin suverenliyinin, insan hüquq və azadlıqlarının, demokratiya və ədalət prinsiplərinin əsas təminatıdır. Bu sənəd təkcə hüquqi akt deyil, həm də xalqın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinin parlaq təcəssümüdür”.

O qeyd edib ki, hüquq sistemlərinin inkişafı, konstitusion dəyərlərin möhkəmləndirilməsi və insan hüquqlarının qorunması Türkiyə və Azərbaycan üçün ortaq prioritetdir. “Bizi qardaş Azərbaycan ilə birləşdirən bağlar yalnız dil, din və mədəni köklərimizdən qaynaqlanmır. Həmçinin hər iki dövləti birləşdirən ən dərin dəyər insana və ədalətə verilən yüksək qiymətdir. Böyük müdrik Şeyx Edebalinin Osman Qaziyə söylədiyi “İnsanı yaşat ki, dövlət yaşasın” kəlamı bu dəyərlərin ən gözəl ifadəsidir. Bu fikir əsrləri aşaraq bu gün də aktualdır. Çünki dövlətin gücü onun vətəndaşının rifahı, hüquq və azadlıqlarının təminatı ilə ölçülür. Konstitusiya bu baxımdan həm dövlətin, həm də cəmiyyətin ədalət, sabitlik və inkişaf istiqamətində bir “yol xəritəsi”dir. Dünyanın müxtəlif coğrafiyalarında yaşayan xalqları birləşdirən dəyərlər çoxdur, amma onların ən əsası insan ləyaqətinə, azadlığa və hüquqa verilən dəyərdir. İnsan hüquqları bəşəriyyətin ortaq vicdanını təmsil edir”.

Yıldız Seferinoğlu vurğulayıb ki, bu gün qlobal səviyyədə qarşılaşdığımız çağırışlar bütün dövlətləri bu dəyərləri daha güclü şəkildə qorumağa səsləyir: “Fərqli ölkələrdə bu prinsiplərin ifadə forması müxtəlif ola bilər, lakin insanı və onun hüquqlarını qorumaq, ədalətli və dəyərlərə əsaslanan bir cəmiyyət qurmaq əsas məqsəddir”.

Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Feruza Eşmatova hüquq, demokratiya və insan haqları sahəsində baş verən mühüm prosesləri müzakirə etməyin vacib olmasına diqqət çəkib: “Çünki müasir dövrdə dünya sürətlə dəyişir. İqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi, süni intellektin inkişafı və rəqəmsal transformasiya yeni çağırışlar yaradır. Bu çağırışlar yalnız texnoloji deyil, etik və hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir”.

O qeyd edib ki, son illərdə Özbəkistanda genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların mərkəzində insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, ədalətli məhkəmə sisteminin formalaşdırılması və insan ləyaqətinə hörmət prinsipi dayanır. “Bu dəyişikliklər cəmiyyətin hər bir üzvünün layiqli həyat şəraitinə, ədalətə və azadlığa çıxışını təmin etməyə yönəlib. Ali məhkəmə orqanlarının, xüsusilə də Konstitusiya Məhkəməsinin fəaliyyəti bu prosesdə həlledici rol oynayır. Konstitusiya Məhkəməsi yalnız hüquqi orqan deyil, həm də hüquq mədəniyyətinin və dövlətçilik dəyərlərinin qoruyucusudur”.

Feruza Eşmatovanın sözlərinə görə, rəqəmsal texnologiyalar bir tərəfdən şəxsi həyatın toxunulmazlığı üçün risklər yaradır, digər tərəfdən isə ədalətə çıxış, informasiya bərabərliyi və dövlət idarəçiliyinin şəffaflığını artırmaq baxımından böyük imkanlar təqdim edir. “Məhz buna görə, bu çağırışlara müasir hüquqi düşüncə, beynəlxalq əməkdaşlıq və insan mərkəzli yanaşma ilə cavab vermək hər bir dövlət üçün vacibdir. Biz hamımız insanı yaşatmaq, onun hüquq və azadlıqlarını qorumaq və ədalətli cəmiyyət qurmaq kimi məqsədlər uğrunda çalışırıq. Dünyanın dəyişdiyi bu dövrdə yeni çağırışlara yeni yanaşmalar tapmaq, hüquqi islahatları dərinləşdirmək və insan ləyaqətini hər şeydən uca tutmaq bizim birgə məsuliyyətimizdir”.

Ankara Universitetinin professoru Cavid Abdullazadə konstitusiyanın hər bir dövlətin hüquqi, siyasi və mənəvi dayağı olduğunu deyib: “O, cəmiyyətin dəyərlər sistemini, dövlətin idarəçilik modelini və insanla dövlət arasındakı münasibətlərin əsas prinsiplərini müəyyən edir. Lakin zaman dəyişdikcə, cəmiyyət inkişaf etdikcə, yeni sosial, iqtisadi və texnoloji reallıqlar meydana çıxır”.

Cavid Abdullazadə qeyd edib ki, konstitusiyalar da təkamül edir. Onlar sabitlik rəmzi olmaqla yanaşı, canlı və dinamik bir sənəd kimi dövrün tələblərinə uyğunlaşdırıla bilər. “Yaşayan konstitusiya o deməkdir ki, əsas qanun yalnız yazıldığı tarixin məhsulu deyil, həm də hər bir dövrün insanının ehtiyaclarını, dəyərlərini və çağırışlarını əks etdirən canlı bir sistemdir. Bu gün dünyamız rəqəmsal transformasiya, süni intellektin inkişafı, iqlim dəyişiklikləri, sosial bərabərlik məsələləri olmaqla bir çox yeni çağırışlarla üz-üzədir. Bütün bunlar hüquqi düşüncənin yenilənməsini və konstitusiya prinsiplərinin bu reallıqlara uyğunlaşdırılmasını tələb edir. Lakin bütün dəyişikliklərin mərkəzində insan və onun ləyaqəti dayanmalıdır. Çünki Konstitusiyanın əsas fəlsəfi dayağı insan ləyaqətinə hörmətdir. Beləliklə, konstitusiyanın inkişafı, sadəcə, hüquqi zərurət deyil, həm də insan mərkəzli dövlətçilik fəlsəfəsinin təzahürüdür. Hər bir dövrün konstitusiyası öz xalqının dəyərlərini, zamanın çağırışlarını və gələcəyə olan inamını ifadə etməlidir”.

Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Artur Lastayev isə qeyd edib ki, müasir dünyada Konstitusiya dövlətin siyasi sabitliyinin və yetkinliyinin təməli, qanunun aliliyi və institusional inkişaf lehinə şüurlu bir seçimdir. “Tarix bir çox idarəetmə modelləri ilə tanışdır, lakin Konstitusiyanın yalnız hüquq və prinsipləri bəyan etmədiyi, həm də onların real qorunmasını təmin edən canlı mexanizm kimi fəaliyyət göstərdiyi məlumdur. Bugünkü dünyada Konstitusiya dəyərlərinin güclü, çevik və yeni çağırışlara cavabdeh qalması xüsusilə vacibdir. Biz ortaq problemləri və kollektiv vəzifəni bölüşürük. Məqsədimiz dünya nə qədər dəyişsə də, qanunun və insanlığın fundamental dəyərlərini qorumaqdır. Əminəm ki, bu cür formalarda konstruktiv dialoq və təcrübə mübadiləsi bizə etimad yaratmağa, hüquq institutlarını gücləndirməyə və praktiki həllər tapmağa kömək edəcək", - deyə A.Lastayev bildirib.

Panel müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub