Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq konfransda QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri müzakirə edilib

Bakı, 19 noyabr, Aidə Quluzadə, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası noyabrın 19-da Bakıda “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda iştirak edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın keçirilməsində məqsədin Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi, sülh və regional təhlükəsizlik, mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsinin aparılması olduğunu söylədi.

A.Quliyev bildirdi ki, QHT-lər vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq xalqlar və ölkələr arasında dostluq və anlaşma mühitinin daha da yaxşılaşdırılması üçün ciddi töhfələr verə bilərlər.

Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını və bugünkü konfransın təşkilinin də bu baxımdan mühüm olduğunu deyən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov QHT-lərin dünyada vətəndaş cəmiyyətinin inkişafında rolunun getdikcə daha da artdığını bildirdi. Novruz Məmmədov bir sıra QHT-lərin dünyada gedən proseslərə təsir göstərə bildiyini dedi, bu qurumların beynəlxalq münasibətlərdə mühüm amilə çevrildiyini vurğuladı.

Prezident Administrasiyası rəhbərinin müavini dedi ki, ölkələr arasında əməkdaşlığın dərinləşməsində QHT-lərin iştirakı mühüm önəm kəsb edir. QHT-lər yaradılanda qarşılarına qoyulan vəzifə vətəndaş cəmiyyətinin inkişafına təkan vermək olsa da, onlar tez bir zamanda artıq beynəlxalq münasibətlərin mühüm amilinə çevrilib. Bu gün elə QHT var ki, hətta geosiyasi aktor kimi ayrıca fəaliyyət göstərir və dünyada gedən proseslərə təsir edə bilir.

Şöbə müdiri bildirdi ki, bu gün dünyada yaranan gərginliklərdə kimlərin hansı məsuliyyət daşıması məsələsinə nəzər yetirsək belə proseslərdə QHT-lərin də müəyyən məsuliyyətinin olduğunu görərik. Əgər QHT-lər bu məsuliyyəti üzərlərindən atsalar özlərinin statuslarına ciddi zərbə vurmuş olarlar.

Novruz Məmmədov qeyd etdi ki, Azərbaycan dövlətinin ilk vaxtlardan əsas istəyi inkişaf etmiş cəmiyyət, iqtisadi, siyasi sistem qurmaq, uğurlu inteqrasiya, uğurlu əməkdaşlıq həyata keçirmək olub. Ölkəmiz artıq bununla bağlı mühüm nailiyyətlər əldə edib.

Azərbaycan Avropa dövlətləri ilə uğurla əməkdaşlıq edən gənc bir ölkədir. Azərbaycanın tərəfdaşları ilə birlikdə həyata keçirdiyi layihələr tarixə düşən layihələrdir. Bu gün də belə layihələrin həyata keçirilməsi davam edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP kimi layihələr bu gün dünya miqyasında, beynəlxalq əməkdaşlıq sahəsində çox vacib layihələrdir. Bu layihələrin hər birinin həyata keçirilməsində əsas rolu Azərbaycan oynayır. Biz siyasi, iqtisadi, enerji, mədəniyyət, idman sahələrində Qərblə uğurla əməkdaşlıq edirik. Azərbaycan bu illər ərzində özünün müstəqil xarici siyasət kursunu saxlamağı ən mühüm vəzifəsi hesab edib, bugünədək də bu vəzifəni çox uğurla həyata keçirir. Bu, Azərbaycanın dövlət maraqlarının, suverenliyinin qorunması üçün çox mühüm amildir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, hər kəs öz qarşısında duran vəzifəni vicdanla yerinə yetirsə problemlər də az olar. Bu baxımdan QHT-lər də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər. Ümumiyyətlə, bütün tərəflər öz məsuliyyətlərini dərk etməlidirlər. Avropa dövlətlərində bəzi rəsmilərin hər şeyə geosiyasi yanaşma nümayiş etdirmələrinin, bütün əməkdaşlıq proseslərinin geosiyasiləşdirilməsinin, hər kəsin öz maraqlarını prioritet kimi götürməsinin nəticələri göz qabağındadır. 

Dünyada, xüsusilə Avropada ikili standartlardan danışan Novruz Məmmədov bildirdi ki, bir müddət əvvəl Rusiyanın öz ərazisində, Ukrayna sərhədindən 150-200 kilometr aralıda hərbi təlim keçirməsi ilə əlaqədar Qərbdə uzun müddət müzakirələr aparıldı. Bu təlimlərin məqsədi, kimlərə təhdid yaratması ilə bağlı narahatlıq ifadə olundu. Bir neçə gün əvvəl isə erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal altındakı ərazisində hərbi təlimlər keçirildi. Dünyanın bütün təşkilatları tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan həmin ərazidə qeyri-qanuni olaraq keçirilən hərbi təlimlərlə bağlı təəssüf ki, heç bir Qərb mediası, QHT hər hansı fikir bildirmədi. Ümumiyyətlə indiyədək münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara qarşı dünyada ikili standartlar nümayiş olunur.

Prezident Administrasiyası rəhbərinin müavini dedi: “İyirmi ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olur. Lakin indiyədək onun gördüyü işlərin heç bir nəticəsi yoxdur. Dünyanın ən güclü dövlətlərinin təmsil olunduğu bu qurum niyə heç bir uğurlu addım ata bilmir? Bunun səbəbi nədir? Səbəb odur ki, əslində ATƏT-in Minsk qrupu beynəlxalq hüququ tamamilə kənara qoyub. Niyə belə olmalıdır? Onların prinsipi budur ki, siz özünüz razılığa gəlin, biz sizi dəstəkləyərik. Bunu necə başa düşmək olar? Bizim ərazimizin bir hissəsi - Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub. Hansısa beynəlxalq QHT buna münasibət bildirirmi? Azərbaycanın konkret məqsədi var: Ölkəmizin suverenliyini, müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyümüzü bərpa etmək”.

Novruz Məmmədov tədbirdə iştirak edən QHT nümayəndələrini baş verən hadisələrlə bağlı ədalətli mövqe nümayiş etdirməyə çağırdı.

Prezident Administrasiyası rəhbərinin müavini bildirdi ki, universal dəyərlər çox böyük əhəmiyyət daşıyır. Bütün ölkələrdə cəmiyyətdə bu dəyərlərin qorunması lazımdır. Amma universal dəyərlərin həyatda öz yerini tapması üçün bir prinsip var. Bu da ədalət prinsipidir. Bütün tarix boyu bu, olmalıdır. Ədalət prinsipi olarsa universal dəyərlər də ola bilər, olmasa onların haqqında danışmaq yersizdir. Əgər beynəlxalq hüquqa riayət edilmirsə, o zaman ədalətdən danışmaq da qeyri-mümkündür. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. QHT-lər bu istiqamətdə öz məsuliyyətlərini dərk etməlidirlər.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Azərbaycanda dövlət tərəfindən QHT-lərə göstərilən diqqət və dəstəkdən söhbət açdı. Bahar Muradova qeyd etdi ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də vətəndaş cəmiyyətinin formalaşdırılmasına və inkişafına dəstək verməkdir.

Dünyada ədalət prinsipindən danışan Milli Məclis sədrinin müavini bildirdi ki, Azərbaycan bu məsələyə xüsusi önəm verir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə etdi. Lakin ədalət prinsipinə hamının heç də eyni cür yanaşmaması, beynəlxalq aləmdə bu prinsipə göstərilən etinasızlıq təəssüf doğurur.

Bahar Muradova Milli Məclis ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıqdan da danışdı, bu əməkdaşlığın vətəndaşla parlament arasındakı münasibətlərin tənzimlənməsindəki rolunu qeyd etdi.

Milli Məclis sədrinin müavini dedi ki, konfransda QHT-lərin cəmiyyətdə rolunun gücləndirilməsi ilə bağlı səsləndirilən mühüm fikirlər sonradan bizim işimizi qurmaq, qanun yaradıcılığı prosesində bəzi məsələləri nəzərə almaq üçün ciddi əsaslar yaradacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QHT-lərin dünyada rolunun gələcəkdə daha da artacağını, bu baxımdan konfransın vacib mövzuya həsr edildiyini dedi. Komitə sədri bildirdi ki, bu gün QHT-lər cəmiyyətə, dünyada gedən siyasi proseslərə təsir etmək baxımından siyasi partiyaları üstələyir. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, QHT-lərin yaradılması və fəaliyyətinin genişləndirilməsi baxımından çox ciddi uğurlar əldə edib. Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olub və bu gün QHT-lər Azərbaycanın sərhədlərindən kənara çıxıb. İndiyə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər yalnız ölkədəki məsələləri müzakirə edirdisə, bu gün onlar xaricdə müxtəlif layihələr həyata keçirir. Bu, Azərbaycanın tanıdılması, bölgədə baş verən hadisələrin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.

Bu gün dünyada dini radikalizmin bütün sahələrdə özünü göstərdiyini deyən M.Qurbanlı bunun yeni münaqişələr, təhlükələr yaratdığını bildirdi. Qeyd etdi ki, gələcəkdə dini radikalizmlə mübarizə baxımından QHT-lərin  bir sıra məsələlər ətrafında ciddi müzakirələr aparması çox vacibdir. Bu baxımdan Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə müəyyən layihələrdə birgə işləməyi qərara alıb. İslamofobiyaya qarşı mübarizə ilə bağlı tədbirlərin keçirilməsi, dini radikalizmin baş qaldıran müxtəlif cərəyanlarının təhlil edilməsi, regionda dinlərarası, dinlər daxili dialoq ətrafında müzakirələr aparılması barədə razılığa gəlinib. Hər iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanması planlaşdırılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Azərbaycanda QHT-lərin fəaliyyəti, vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı hesabat xarakterli təqdimatla çıxış etdi. Məlumat verildi ki, hazırda ölkədə 4 mindən artıq qeyri-kommersiya təşkilatı var ki, onlardan da 314-ü fundamental olaraq vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğuldur. Bildirildi ki, Azərbaycanda 111 xarici təşkilat və beynəlxalq qurumların filialı fəaliyyət göstərir.

Konfrans işini sessiyalarla davam etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib VİDEO

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib VİDEO

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb