Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Oktyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində tanınmış opera müğənnisi İnarə Babayevanın solo konserti keçiriləcək. Konsert Azərbaycan və sovet müğənnisi, Azərbaycanın Əməkdar artisti Sona Aslanovanın anadan olmasının 100 illiyinə həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Zülfiyyə Sadıqovanın müşayiəti ilə baş tutacaq konsertin proqramında Sona Aslanovanın repertuarından 50 ildən artıqdır ifa olunmayan dünya və milli klassik musiqi əsərləri səslənəcək.
Bundan əlavə, konsertdən əvvəl İnarə Babayevanın Sona Aslanovanın yaradıcılığına həsr olunmuş kitabının təqdimatı olacaq.
İnarə Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, Prezident təqaüdçüsüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]