SİYASƏT
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nəzdində ermənişünaslıq tədqiqat bölməsi açılacaq VİDEO
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615647349476474540203_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615647349472427737451_1200x630.jpg)
Bakı, 2 avqust, Ayla Sadıq, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nəzdində ermənişünaslıq tədqiqat bölməsinin açılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 2-də keçirilən ilk mətbuat konfransında deyib.
Fərid Şəfiyev deyib: “Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik. Biz düşünürük, həmçinin Mərkəzdə erməni dili kursu açaq. Azərbaycanda erməni dilini bilən mütəxəssislər azdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra araşdırmalar aparılır. Məqsədimiz münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq mütəxəssislərə çatdırmaq, onlarla sıx əməkdaşlıq etməkdir.