Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının iclası keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sədrliyi ilə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın pensiya və sosial fondlarının rəhbər şəxsləri, səlahiyyətli nümayəndələri iştirak ediblər.
Assosiasiyanın 2024-cü il üzrə fəaliyyəti və H.Məmişovun quruma sədrlik etdiyi son bir il ərzində əldə olunmuş uğurlar, cari ildə qarşıya qoyulan hədəflər müzakirə edilib. Assosiasiya daxilində maliyyə sabitliyinin təmin edilməsi üçün strateji hədəflər müəyyənləşdirilib. Quruma yeni üzvlərin cəlb olunması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün görülən işlər qeyd edilib.
H.Məmişov son bir ildə Assosiasiyanın yeni saytının yaradıldığını, qurumun loqotipi və digər atributları barədə yeni təlimatın hazırlandığını bildirib. BPSFA-nın direktoru İqor Popov Assosiasiya Katibliyinin qarşısına qoyulmuş tapşırıqların, 2025-ci il üzrə iş planının icrası işlərinə dair hesabatı təqdim edib. Təftiş Komissiyasının Əsasnaməsinə ediləcək dəyişikliklər, Assosiasiyanın gəlirlər və xərclər smetası müzakirə olunub.
Qeyd edək ki, ötən ilin yanvar ayında BPSFA-nın ümumi iclasında H.Məmişov üzv qurumların yekdil səsverməsi nəticəsində Assosiasiyanın sədri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
- 11.06.2026 [08:40]
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]