Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru cəbhədəki son vəziyyət barədə məlumatlandırılıb
Bakı, 31oktyabr, AZƏRTAC
Cenevrəyə işçi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki mövcud vəziyyətlə bağlı məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alındığını, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulduğunu və bu günədək dinc sakinlər arasındakı ağır itkilər olduğunu vurğulayıb.
Bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərindən çıxmasının vacibliyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]
Venesuela OPEC-i tərk edə bilər
- [10:38]
Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq
- 27.08.2026 [23:32]
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
- 27.08.2026 [22:51]
Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb
- 27.08.2026 [22:23]