BEYNƏLXALQ SƏRGİLƏRƏ HAZIRLAŞIRLAR
Azərbaycanın turizm şirkətləri bir sıra beynəlxalq sərgilərdə iştirak etməyə hazırlaşırlar. Gənclər, İdman və Turizm Nazirliyi yanında Baş Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, martın 12-16-da Berlində keçiriləcək “İTB-2004” beynəlxalq sərgisində Azərbaycanın ekspozisiyası üçün 50 kvadratmetr sahə icarəyə götürülmüşdür. Ölkəmizin turizm sahəsini 4 şirkət, habelə nazirlik təmsil edəcəkdir.
Turizm şirkətlərimizin iştirak edəcəyi növbəti sərgi martın sonlarında Moskvada keçiriləcəkdir.