BEYNƏLXALQ TƏHSİL LAYİHƏSİ AZƏRBAYCANDA UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov beynəxalq qurumların ölkəmizdə təhsil islahatlarının aparılmasına göstərdiyi xeyirxah köməkdən, respublikamızın müxtəlif regionlarından gəlmiş 128 qabaqcıl müəllim, metodist və təhsil təşkilatçısının iştirakı ilə həyata keçirilmiş bu layihənin əhəmiyyətindən danişmışdır.
Beynəlxalq Təhsil İnkişafı Mərkəzinin qrup rəhbəri Frank Şorn Azərbaycanda son illər təhsil islahatlarının uğurlu nəticələrindən danışaraq bildirmişdir ki, on ölkədən olan mütəxəssislərin və beynəlxalq məsləhətçilərin rəhbərliyi ilə həyata keçirilmiş bu layihə ölkənizdə insan inkişafı məsələlərinə dövlət səviyyəsində ciddi diqqət yetirildiyinə, həmin istiqamətdə müsbət irəliləyiş əldə olunduğuna daha bir sübutdur.
Sonra təhsil naziri Misir Mərdanov seminar-məşğələni müvəffəqiyyətlə başa vurduqlarına görə, müəllimləri təbrik edərək onlara sertifikatlar təqdim etmişdir.