Biləsuvarda indiyədək 1365 hektar sahədə yazlıq bitkilər əkilib
Biləsuvar, 13 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1365 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 37 hektarını dənli-paxlalı bitkilər, 375 hektarını yonca, 90 hektarını kartof, 529 hektarını tərəvəz, 65 hektarını günəbaxan, 266 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 10 min hektar sahədə şum aparıb, arata qoyub və malalayıblar. Yaxın günlərdə rayonda çiyid səpininə başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]