Binə qəsəbəsində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Binə qəsəbəsində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Cəfərov “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Cəfərovun evində qonaq olan A.Quliyev tərəfindən qaçırılması müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Quliyev həmin gün saat 2 radələrində avtomobillə birgə polis əməkdaşları tərəfindən qəsəbə ərazisində saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]