Binəqədidə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları verilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-2024-cü dərs ilinin başlanması münasibətilə rayon ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları hədiyyə edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə imtiyazlı ailələrdən olan 120 uşaq məktəbli forması ilə təmin olunub.
Məktəblilər və valideynlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.