Binəqədidə tullantılar yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb




Bakı, 12 fevral, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən sexin ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub və dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexin ərazisində tullantılar yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.