BİNYAMİN NETANİYAHU “LİKUD”UN LİDERİ OLARAQ QALIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İsrail siyasətçisi Binyamin Netaniyahu avqustun 14-də yenidən “Likud” partiyasının başçısı seçilmişdir. Səslərin İsrail telekanallarından birinin efirində açıqlanmış ilkin hesablamaları göstərir ki, Netaniyahuya partiya üzvlərinin 75 faizi, onun rəqibi Moşe Feyqlinə isə yalnız 20 faizi səs vermişdir. Artıq aydındır ki, Feyqlin Netaniyahuya çata bilməz.
“Likud” İsrailin ən nüfuzlu siyasi partiyalarından biridir və hazırda fəaliyyət göstərən hökumətə müxalifətdədir.
Binyamin Netaniyahu “Likud”a ilk dəfə 1993-cü ildə başçılıq etmişdir. Partiya ümumi seçkilərdə qələbə qazandıqdan sonra Netaniyahu 1996-cı ilin aprelindən 1999-cu ilin mayınadək İsrailin Baş naziri vəzifəsini tutmuşdur. 2003-cü ildə Netaniyahu yenidən “Likud”un lideri vəzifəsinə yiyələnmişdir və indiyədək də onu əlində saxlamaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [17:21]
Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
- 26.05.2026 [16:27]
Tehran: ABŞ-nin atəşkəs rejimini pozması cavabsız qalmayacaq
- 26.05.2026 [15:29]
Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək
- 26.05.2026 [15:10]
Fransa Kiyevdəki diplomatik heyətini təxliyə etməyi planlaşdırmır
- 26.05.2026 [13:55]