İsrail müharibədən zərər çəkmiş kənd təsərrüfatı torpaqlarının bərpasına 7 milyon şekel ayırır
Bakı, 26 may, AZƏRTAC
İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi müharibə zamanı zərər çəkmiş kənd təsərrüfatı torpaqlarının bərpası üçün təxminən 7 milyon şekel (2,4 milyon dollar) vəsait ayıracaq.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, vəsait şimal və cənub bölgələrində torpaqların qorunması və davamlı kənd təsərrüfatının inkişafına yönəldiləcək. Məlumata görə, fermerlərə müasir becərmə üsullarının tətbiqi, torpağın bərpası tədbirləri və xüsusi texnikanın alınması üçün dəstək göstəriləcək.
Nazirlikdən bildirilib ki, proqramın məqsədi zərər çəkmiş torpaqların münbitliyini qorumaq və kənd təsərrüfatının iqlim dəyişikliklərinə davamlılığını artırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [16:27]
Tehran: ABŞ-nin atəşkəs rejimini pozması cavabsız qalmayacaq
- 26.05.2026 [15:29]
Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək
- 26.05.2026 [15:10]
Fransa Kiyevdəki diplomatik heyətini təxliyə etməyi planlaşdırmır
- 26.05.2026 [13:55]
Gürcüstanda Müstəqillik Günü qeyd edilir
- 26.05.2026 [12:29]
Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
- 26.05.2026 [12:27]
Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib
- 26.05.2026 [12:21]