“Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqə elan olunub
Bakı, 1 mart, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Elm günü”nə həsr olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqə elan edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 40 yaşına qədər alim və mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar müsabiqəyə təklif olunan tətbiq işi üzrə 5-10 dəqiqəlik təqdimatla çıxış edəcəklər. İştirakçı və tətbiq işi haqqında əvvəlcədən arayış təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər mövzularını martın 11-dək ([email protected]) e-poçt ünvanına göndərə bilərlər.
Müsabiqə iştirakçıları sertifikatlarla, qaliblər isə diplomlarla təltif ediləcək.