Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir axşam taksidən düşüb payıza...”

Bakı, 13 noyabr, Turan Teymurov, AZƏRTAC

Görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlu ilə bizi 17 illik zaman məsafəsi ayırır. Yaşasaydı, bu il ömrünün 80-ci payızı tamam olacaqdı... Amma biz bu yubileyi qeyd edirik. Özü aramızda olmasa da...

AZƏRTAC-ın müxbiri Emin Sabitoğlu yaradıcılığına üz tutub. Qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini müəllimi, professor Ceyran Mahmudova ilə birlikdə...

- “Bir axşam taksidən düşüb payıza...” Onun mahnılarında payız ovqatı hiss olunur...

- Əlbəttə, payız Emin müəllimin sevdiyi fəsil idi. Payızda doğulub, payızda dünyasını dəyişib. “Gün keçdi” filmində səslənən mahnını yazanda, təbii ki, həmin mahnının bir növ onun həyat leytmotivinə çevriləcəyi özünün də ağlına gəlməzdi. Görünür, təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğulur. Ancaq doğrudan da payız fəslinin onun yaradıcılığında özünəməxsus yeri var.

- Sizcə, bu gün onun bəstələrinin yerini dolduran musiqilər varmı?

- Belə bir deyim var ki, əvəzolunmaz insan yoxdur, əvəzi olmayan insan var. Azərbaycan bəstəkarlıq məktəbi dahi Üzeyir Hacıbəyli ənənələrinə söykənir. Həmin məktəbin klassik ənənələrindən bəhrələnən böyük musiqiçilər nəsli yetişib və musiqi xəzinəmizə qiymətli əsərlər bəxş ediblər. Bu mənada müqayisə aparmaq düzgün deyil, çünki çəməndə hər çiçəyin əz ətri olduğu kimi, onların da hər birinin öz yeri var. Bir çiçək digərinin ətrini verə bilərmi? Kimi klassik musiqiyə, kimi opera, kimi estrada musiqisinə üstünlük verir. Janrlar və zövqlər müxtəlifdir. Emin Sabitoğlu bəstəkar kimi müxtəlif musiqi janrlarında əsərlər yazıb və hamı da görür ki, həmin əsərlərin ömrünü zaman müəyyən edib. İndi yeni nəsil həmin janrlara yeni şəraitə və öz zövqünə, istedad və bacarığına uyğun şəkildə yanaşır. Lakin necə yanaşır, necə işləyir, bunu əlbəttə ki, yenə də zaman göstərəcək.

Məsələn, sovet dövründə çoxlu filmlər çəkilir və həmin filmlərə musiqilər yazılırdı. Ona görə də həmin dövrdə kino musiqisi yazmaq üçün bəstəkarlara daha geniş imkanlar var idi. İndi çəkilən filmlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. İndi zaman da, dövr də, musiqiyə qoyulan tələblər də dəyişib. Ümumiyyətlə, ötən əsrin 50-ci illərdən 80-ci illərin ortalarınadək Azərbaycan incəsənətinin “qızıl dövrü” hesab etmək olar. 80-ci illərin axırları 90-cı illərin əvvəllərində xalqımızın başına gələn hadisələr Azərbaycan incəsənətinə, musiqisinə öz təsirini göstərdi. İndi şükürlər olsun ki, bu gün ölkə rəhbərliyi tərəfindən incəsənətə yüksək qiymət verilir. Bəlkə də dünyanın heç bir ölkəsində mədəniyyət və incəsənət xadimləri bu qədər diqqət və qayğı ilə əhatə olunmayıblar. Ölkəmizdə incəsənət xadimlərinə təqaüd verilir, mənzil şəraiti yaxşılaşdırılır, festivallar keçirilir. Ona görə də həmin böhranlı dövrdən sonra bəstəkarlıq ənənələri yenidən dirçəlməyə başlayıb. Yeni nəsil gənc bəstəkarlar yetişir, onların arasında Avropa və Amerikada musiqi təhsili alanlar var. Ümid etmək olar ki, onlar bəstəkarlıq məktəbində davam edən varislik ənənələrini qoruyub saxlayacaq və inkişaf etdirəcəklər. Bu gün kinofilmdən daha çox teleseriala tələbat var. Eynən kinoda olduğu kimi, musiqinin də bəzi janrları var ki, onlara tələbat çoxdur. Təəssüf ki, indi qeyri-peşəkarların sayı da artıb, təhsili olmayan, ancaq bu sahədə “peyda olan” və özlərini bəstəkar adlandıranlar var. Bəstəkarlıq bir-iki mahnı qurub-qoşmaqla olan iş deyil axı? Bunlar, əlbəttə ki, narahatlıq doğurur.

- Siz özünüz peşəkar musiqiçi kimi Emin Sabitoğlunun Azərbaycan musiqisində yerini necə görürsünüz?

- Emin Sabitoğlu nə az, nə çox, 22 tammetrajlı bədii filmə musiqi yazıb. Elə il olub ki, iki filmə musiqi yazıb. Kino musiqisi sahəsində də çox səmərəli işləyib, eyni zamanda, teatr tamaşalarına və 9 komediyaya musiqi bəstələyib. Şübhəsiz ki, kino, musiqili komediya və mahnı janrlarında onun rolu var. Bunlardan başqa o, musiqinin digər janrlarında da əsərlər yazıb. Simfoniyası, iki simfonik süitası, kantatası, romansları və digər əsərləri var.

- Bu gün də sevilə-sevilə dinlənilən musiqilərinin, mahnılarının yaranma prosesi yadınıza gəlirmi?

- Təbii, bizim bəstəkarlar evində ikiotaqlı mənzilimiz var idi. Ailədə üçümüz də musiqiçi idik. Anam musiqi müəllimi işləyirdi. Lap kiçik yaşlarımdan ən gözəl musiqiləri dinləmişəm. Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki təpədən-dırnağa melodiya ilə dolu idi. Onların eləsi olub ki, bir yarpağın titrəyişindən, bir quşun uçmasından, bir anın içində yaranıb. Mahnıları çox rahat bəstələyirdi. Fikri yalnız musiqi ilə məşğul idi. Çox vaxt yeni bəstələdiyi musiqinin notlarını siqaret qutusunun üstünə yazıb, sonra evdə həmin melodiyaları mahnılara, kino musiqilərinə, operettalara çevirirdi. Mahnı tam hazır olandan sonra evdə onu bizim üçün ifa edirdi. Yazdığı mahnının başqa hansısa mahnıya oxşaya biləcəyindən narahatlıq hissi keçirirdi. Həmin illərdə mahnı yaradıcılığı sahəsində fəaliyyət göstərən çoxlu istedadlı bəstəkarlar vardı. Heç kimə bənzəməmək onun üçün prinsipial məsələ idi. Mənə elə gəlir ki, o, buna nail olub.

Emin Sabitoğlunun mahnıları digər bəstəkarların mahnılarından öz dəstxəti, üslubu və koloriti, ən nəhayət, ovqatı ilə fərqlənir. Həmin illərdə fəaliyyət göstərən Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmovun və digər bəstəkarların hər birinin öz manerası var idi. Heç birinin yaradıcılığı biri-birinə bənzəmir. Tofiq Quliyev atamla çox yaxın dost olublar. Onların ikisi də 20 yaş fərqi ilə noyabrda doğulub və eyni ildə vəfat ediblər. Atam evə tez gələndə Tofiq müəllimgilə gedirdi. Saatlarla söhbət edirdilər. İkisi də mütaliəni çox sevirdi, təzə oxuduqları kitablar haqqında müzakirələr aparırdılar.

- Özü də qonşuluqda yaşamışınız...

- On altı il bəstəkarların binasında yaşamışıq. Orda bizimlə eyni binada o dövrün ən məşhur bəstəkarları yaşayıblar- Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova... Onların arasında çox gözəl ab-hava, atmosfer var idi, bir-biri ilə həm qonşu, həm ailəlikcə dost idilər. O vaxt mən uşaq olduğuma görə çox şeyi başa düşmürdüm. Onları ancaq qonşu kimi tanıyırdım. Böyüyəndən sonra onların hər birinin necə bənzərsiz istedad və təkrarsız sənətkar olduqlarını anladım. Arif Məlikovdan akademiyada dərs almışam, Oqtay Zülfüqarovla ailəlikcə yaxın idik.

- Atanız kimlərlə dostluq edirdi?

- Atamın çevrəsi maraqlı insanlardan ibarət idi. Yazıçı Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə atamın yaxın dostları olublar. Dostluqla yanaşı, onları həm də yaradıcılıq ünsiyyəti birləşdirirdi. Atam Anarın “Şəhərin yay günləri”, “Adamın adamı” pyesi əsasında səhnələşdirilən tamaşalarına musiqi yazıb, Vaqif Səmədoğlunun 100-dən artıq şeirinə mahnı bəstələyib. Həmçinin Vaqif müəllimin də tamaşaları səhnəyə qoyulanda atam onlara musiqi yazıb. Onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri yaxşı tuturdu. Evimizdə həmişə yeni çıxan bədii əsərlərin müzakirəsi olurdu. Atam onlardan da başqa bir çox şairlərin - Əhməd Cavad, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və Fikrət Qocanın şeirlərinə də mahnılar bəstələyib.

- Ən nəhayət, atanız xatirənizdə necə qalıb?

- Mənim tərbiyəmlə daha çox anam məşğul olub, çünki atamın iş rejimi qeyri-sabit idi. Vaxtının çox hissəsini işinə sərf edirdi, Bakı Musiqi Akademiyasında dərs deyirdi, studiyada səsyazmalarda iştirak edirdi, hər gün kinostudiyalara gedirdi, bəzən axşamlar məşqləri olurdu. Musiqili Komediya Teatrında əsərləri qoyulurdu. Təbii ki, belə olanda təhsilimə ciddi nəzarət edə bilmirdi, lakin sənətə gəlməyimdə həm atamın, həm də anamın böyük rolu olub. Musiqi duyumum olduğuna görə Bülbül adına orta ixtisas musiqi məktəbinə qoyublar və orada təhsil almışam. Musiqişünas olduğuma görə təəssüflənmirəm. Nə deyim? Peşman deyiləm...

Atam xoşxasiyyət, yumşaq, eyni zamanda, bir az özünə qapalı insan idi. Ürəyindən keçənləri danışmazdı. Sənətə hədsiz dərəcədə çox bağlı idi. Hansı teatrda təzə tamaşa gedirdisə, harada təzə musiqi səslənirdisə, mütləq tamaşa etməli, qulaq asmalı idi. Təkcə musiqi deyil, mədəniyyət aləmində baş verən yeniliklərlə çox maraqlanır və onunla yaşayırdı. İncəsənət onun həyatı idi.

Atamın vəsiyyətinə əsasən onun yaradıcılığı haqqında tədqiqat işi yazmışam, yaxın günlərdə çapdan çıxacaq. Bu, xatirələr kitabı deyil, atamın əsərlərini musiqişünas nöqteyi-nəzərindən janrlar üzrə tədqiq etmişəm...

Maraqlı müsahibəyə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının şagirdləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub