Bir kərə yüksələn bayraq...
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə “Bir kərə yüksələn bayraq...” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ictimai birliyin sədri Azadə Hüseynovanın dövlət bayrağımızın tarixinə dair məruzəsi dinlənilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, “Borçalı” nəşriyyatının direktoru Müşfiq Borçalı və başqaları dövlət bayrağının mahiyyəti, bayrağımızın beynəlxalq arenada siyasi iradəmizin təmsilində rolu barədə məlumat veriblər.
Sonda məktəblilər Vətən, bayraq, Azərbaycan və Ulu Öndər haqqında şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]