Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir vədin hekayəsi: “Şuşa, mənim sevgim”

Bir vədin hekayəsi: “Şuşa, mənim sevgim”

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Heydər Əliyev xalqına qürur və ləyaqət verən mədəniyyətimizi təşviq etmək üçün hər imkandan istifadə edirdi. Bu ağır vaxtlarda mədəniyyətimiz böyük çətinliklərlə üzləşmişdi və milli-mənəvi dəyərlərimiz tənəzzülə uğrayırdı. Ümummilli Lider gözəl başa düşürdü ki, mədəniyyət vətənpərvərliyin, milli birliyin, özünüdərkin əsas dayaqlarından biridir və bütün bunlar dövlət quruculuğunda mühüm rol oynayır.

Bu sətirləri yazan bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli Heydər Əliyev barədə xatirələrini AZƏRTAC-la bölüşüb.

bp-nin Azərbaycandakı fəaliyyətinin başlanğıcı da ölkəmizin müstəqillik qazandığı həmin çətin dövrə təsadüf edir. Azərbaycandakı fəaliyyətinin ilk illərindən etibarən bp ölkənin zəngin mədəni irsi ilə sıx şəkildə bağlı olmuş, Azərbaycan mədəniyyətinin inkişafına, onun möhtəşəm mədəni irsinin tanıdılmasına dəstək məqsədilə bir sıra uğurlu layihələrə təşəbbüs göstərmiş və onları həyata keçirmişdir. Bu təşəbbüslərin bir çoxunun layihə meneceri olaraq mən həmin dövrü tariximizin şanlı bir səhifəsi kimi böyük qürur hissi ilə xatırlayıram.

Bu keşməkeşli dövrdə həyata keçirdiyimiz layihələrdən biri 1997-ci ildə Bakıda yenicə təmir olunmuş Opera və Balet Teatrında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert olmuşdu. Bu münasibətlə biz Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verboku Bakıya konsertə dəvət etmişdik. Cefri ABŞ-a səfər edən ustad muğam sənətkarlarımızdan milli alətlərimiz - kamança, tar və udda Azərbaycan muğamlarını məharətlə ifa etməyi öyrənmişdi. Konsertdə Cefri ilə bərabər Azərbaycanın tanınmış sənətkarları Ağaxan Abdullayev, Ədalət Vəzirov, Zamiq Əliyev, Mələkxanım Eyyubova və Simarə İmanova da iştirak edirdi.

Belə möhtəşəm bir tədbirin keçirilməsi, Azərbaycan muğamlarını məharətlə ifa edən amerikalı Cefri Verbokun bu konsertdə iştirakı, milli-mədəni dəyərlərimizi geniş auditoriyaya çatdırmaq üçün gözəl fürsət olması barədə məlumatı mən Prezident Administrasiyası ilə bölüşdüm. Bu xəbəri eşidən Heydər Əliyev Azərbaycan mədəniyyətini sevən və Azərbaycan muğamını təbliğ edən amerikalı kamança ifaçısının ölkəmizə dəvət olunması ideyasını yüksək qiymətləndirmiş, onunla görüşmək istədiyini bildirmişdi.

Cefri Verbokla görüşə gərgin iş qrafikindən bir saata yaxın vaxt sərf edən Heydər Əliyevin əsas məqsədi xalq musiqisi də daxil olmaqla, Azərbaycan milli adət-ənənələrinə öz dəstəyini və milli dəyərlərin özünüdərkin yüksəlməsində böyük əhəmiyyət kəsb etdiyini göstərmək idi.

Mən Prezidentin Cefri ilə görüşmək istəyini ona çatdıranda siyasətdən uzaq olan bu amerikalının dili ilə desək “böyük imperiyada SSRİ rəhbərlərindən biri, Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və DTK generalı olmuş” Heydər Əliyev ilə görüşün nə məqsəd daşıdığını anlaya bilmir və bir müddət sıxıntı keçirmişdi. Lakin Heydər Əliyevlə görüş, onun güclü xarizması, həmsöhbətləri ilə birbaşa ünsiyyət qurub eyni səviyyədə söhbət aparmaq qabiliyyəti Cefri Verbokun bütün sıxıntı və tərəddüdlərini, onun ilkin təəssüratını alt-üst etmişdi.

Heydər Əliyev ilə söhbət o qədər səmimi keçmişdi ki, Cefri hətta Prezidenti axşamkı konsertinə dəvət etmişdi. Söhbətin sonunda maraqlı bir an yaşandı: Cefri dəvətnamənin iki nəfərlik olduğunu və Prezidentin özü ilə konsertə bir nəfəri də gətirə biləcəyini qeyd etmişdi. Elə bu an Cefri nə dediyinin fərqinə varmış, Prezident isə Cefrinin bu təklifinə ürəkdən uğunub gedərək, görüşə xoş bir ovqat qatıb amerikalı musiqiçinin arzu və istəkləri ilə maraqlanmış, onun fəaliyyətinin izləyəcəyini qeyd etmişdi.

 

Bu gün simvola çevrilmiş Prezident Heydər Əliyevlə söhbətdə “istədiyiniz adamı gətirə bilərsiniz” epizodu Cefri ilə görüş və toplantılarımızda ən isti və şirin əhvalat kimi həmişə xoş bir təbəssümlə xatırlanır.

Görüşdən çıxan digər önəmli bir mesaj isə Cefri Verbokun Prezident Əliyevə verdiyi vəd idi: əgər Azərbaycan torpaqlarını geri qaytararsa, o, Qarabağın mədəni paytaxtı, Azərbaycan muğamının beşiyi olan Şuşada bir muğam məktəbinin qurulmasına və muğamın Qarabağa qaytarılmasına dəstək olacağını bildirmişdi. Cefrinin bu arzusu səhərisi gün qəzet başlıqlarına çıxarıldı.

Prezident Heydər Əliyevlə görüş Cefri Verbokda o qədər böyük təəssürat oyatmışdı ki, o Azərbaycan muğamını dünyaya yaymaqla bərabər, həm də Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqla məşğul olmağa başladı. Cefri Verbok Birləşmiş Ştatlarda “Amerika Muğam Cəmiyyəti” yaratmış, ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində yüzlərlə konsert və mühazirələrlə çıxış etmiş və bu istiqamətdə öz fəaliyyətini hazırda da davam etdirir. O, daxil olduğu hər bir auditoriyada muğamın beşiyi, indi işğaldan azad olmuş Şuşa və Qarabağ haqqında söz açır, ölkəmizi çox yaxşı tanıyan bir insan kimi Azərbaycana qara yaxmaq istəyən bədxahların cavablarını verir.

Muğamı Qarabağa qaytarmaq, Ümummilli Lider Heydər Əliyevə verdiyi vədi yerinə yetirmək üçün Cefri Verbok Qarabağdan köçkün düşmüş muğam barədə “Qədim nəğmə, gənc səslər” sənədli filmini ərsəyə gətirmiş və İkinci Qarabağ müharibəsi zamanı bu film cəmiyyətdə qələbə ruhunu qaldırmaq üçün Azərbaycan televiziya kanallarında nümayiş olunmuşdu.

Növbəti mərhələ Qarabağ torpaqlarının işğaldan azad olunduqdan sonra muğamın öz doğma yurdu Qarabağda bərqərar olunması üçün görülən işlərə Cefrinin göstərdiyi dəstəkdir. Bu barədə Cefri Verbokun “Şuşa, mənim sevgim” yeni filmində ətraflı bəhs olunur. Filmin ilk təqdimatı avqust ayının əvvəlində Bakıda Nizami kinoteatrında, ardınca Şuşa, Ağdam, Cəbrayıl və Laçında nümayiş olunacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb