Birinci rübdə Mərkəzi Bankda 23 valyuta hərracı keçirilib
Bakı, 30 may, AZƏRTAC
Birinci rübdə Azərbaycan Mərkəzi Bankında (AMB) 23 valyuta hərracı keçirilib.
AZƏRTAC AMB-nin Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, neftin dünya bazarında qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 132,9 milyon ABŞ dolları təşkil edib. Rüb ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Birinci rübdə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1,6979 manat, satış məzənnəsi isə 1,7024 manatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]