Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlər

Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlər

Bakı, 13 noyabr, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materialların verilməsi davam etdirilir. AZƏRTAC Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlər” sərlövhəli məqaləsini təqdim edir.

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasından və Avropadan çoxsaylı tanınmış alimlərin qatıldığı mühüm elmi tədbir olub. Qurultay iştirakçıları türk dillərinin tarixi, filologiyası, ədəbiyyatı, folkloru, etnoqrafiyası və tarixi məsələlərini müzakirə edib, eyni zamanda, yazı sistemləri, əlifba islahatları və tədris proqramları ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin beynəlxalq və multidisiplinar xarakteri Qurultayın həm elmi, həm də mədəni əhəmiyyətini artırıb.

Qurultayda təqdim olunan məruzələrin, demək olar ki, əksəriyyəti rus dilində səsləndirilib. Yalnız bir neçə çıxış türk dillərində olub. Diqqətəlayiq məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan müəllimləri adından Qurultayı ilk dəfə Məryəm Bayraməlibəyova Azərbaycan dilində təbrik edib.

Stenoqrafik hesabat materiallarını diqqətlə təhlil etdikdən sonra müəyyən olunub ki, Qurultayda ümumilikdə 59 dəfə türk dillərində çıxış olub. Bunlardan 8 çıxış əvvəlcə türkcə, daha sonra rus dilinə tərcümə edilərək oxunub, 51 çıxış isə birbaşa türk dillərində səsləndirilib. Arxiv materiallarında və stenoqrafik hesabatda türkcə danışanlar haqqında qeyd olunan məlumatlara əsasən, aşağıdakı şəxslərin çıxışları türk dillərində olub: H.Habitov (başqırdca), Ə.Səədi (tatarca), B.Çobanzadə və F.Ağazadə (Azərbaycanca), M.F.Köprülüzadə (Osmanlı türkcəsində).

Bu faktların qeyd edilməsində məqsəd ondan ibarətdir ki, mövcud stenoqrafik hesabatda (426 səhifəlik rusdilli nəşrdə), eləcə də “Kommunist” qəzetində və Qurultayla bağlı sonradan çap olunan materiallarda bu çıxışların heç biri barədə tam məlumat verilmir. Yəni mövcud nəşr, əslində, tam stenoqrafik hesabat deyil, müəyyən hissələri çatışmır.

Aparılmış araşdırmalar göstərir ki, stenoqramda adıçəkilən 59 çıxışın nə müəllif əlyazmaları, nə də tam stenoqrafik mətnləri bu günə qədər tapılmayıb. Böyük ehtimalla bu çıxışların bir hissəsi ərəb, digər hissəsi isə latın qrafikasında təqdim edilib. Qurultayın qərarına əsasən, türk dillərində səslənmiş çıxışlar katibliyə təqdim olunmalı və orijinal mətnlə (rus dilinə tərcümə olunaraq) protokolda dərc edilməli idi. Lakin bu qərarın tam şəkildə yerinə yetirilmədiyi görünür.

Əfsuslar olsun ki, Xalid Səid Xocayev, Nemət Hakimov və Həbibulla Habitov kimi nümayəndələrin çıxış mətnləri nə Milli Arxiv İdarəsində, nə də Əlyazmalar İnstitutunda aşkar olunmayıb. Ehtimal edilir ki, bu materiallar ya şəxsi arxivlərdə saxlanılır, ya da 1930-cu illərin repressiyaları zamanı məhv edilmiş əlyazmalar arasında olub. Ümidvarıq ki, Qurultayın 100 illik yubileyi ərəfəsində bu qiymətli materialların bir hissəsi tapılacaq və elmi ictimaiyyətə təqdim ediləcək.

Bu göstəricilər Birinci Türkoloji Qurultayın yalnız elmi deyil, həm də ictimai-siyasi və mədəni müstəvidə çoxşaxəli mahiyyət daşıdığını, türkologiyanın müxtəlif istiqamətlərindən gələn ziyalıların ortaq elmi platformada bir araya gəldiyini təsdiqləyir.

İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini təsdiqləyir. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda akademik Vasili Bartold, Mehmet Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe, Nikolay Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.

Qurultay çərçivəsində təqdim olunan məruzələr yalnız türk dillərinin və əlifba sistemlərinin problemlərini araşdırmaqla kifayətlənməyib, həm də türkoloji tədqiqatlarda nəzəri və praktik perspektivlərin formalaşdırılmasına mühüm töhfə verib.

Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin elmi müzakirəsi çərçivəsində yeddi əsas problem sahəsi diqqət mərkəzində olub və müvafiq qərarlar qəbul edilib:

1. Əlifba məsələsi,

2. İmla və orfoqrafiya məsələsi,

3. Terminologiya məsələsi,

4. Tədris-metodika məsələsi,

5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya məsələsi,

6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi,

7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Qurultayda təqdim olunan məruzələr türkoloji elmin müxtəlif sahələrini əhatə edib, həm elmi, həm də mədəni əhəmiyyət daşıyan çıxışlarla zənginləşdirilib. V.V.Bartoldun “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri” adlı məruzəsi türk xalqlarının tarixşünaslığında mövcud problemləri və gələcək araşdırma istiqamətlərini ortaya qoyub, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları” mövzusunda ölkəşünaslığın elmi prinsiplərini təqdim edib. A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında” məruzəsində türk təsviri sənətinə dair əhatəli analiz aparıb, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri” çıxışları isə türk dillərinin inkişafı və tədrisi ilə bağlı aktual məsələləri işıqlandırıb.

B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu haqqında” məruzəsi dil qohumluğu məsələlərinə elmi yanaşmanı təqdim edib, H.Zeynallı “Türk dillərində elmi terminologiya sistemi haqqında”, S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, F.Ağazadə “Türk dillərində düzgün yazı” kimi çıxışlar isə müvafiq olaraq türk dillərində elmi terminologiyanın sistemləşdirilməsi, qədim türk dillərinin öyrənilməsinin cari vəziyyəti və perspektivləri, həmçinin yazı normalarının təşkili və problemlərin həlli yollarını əhatəli şəkildə təqdim edib.

N.F.Yakovlev “Türk millətlərinin əlifba sistemlərinin qurulması problemləri” mövzusunda çıxışı ilə fərqli türk xalq qruplarında əlifba tətbiqi və uyğunlaşdırma məsələlərini analiz edib, C.Məmmədzadə isə “Türk xalqlarının əlifba sistemləri haqqında” mövzusunda geniş perspektivli təqdimatla müxtəlif türk xalqlarının yazı sistemlərinin müqayisəli təhlilini aparıb. Bundan əlavə, N.Poppe “Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti”, Q.Şərəf “Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri”, T.Menzel isə “Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri” mövzularında məruzələr təqdim ediblər. Hər bir çıxış mövzuya elmi yanaşma və tarixi-etnoqrafik kontekst gətirərək iştirakçılar arasında geniş və dərin diskussiyalara səbəb olub.

Qurultay çərçivəsində fonetika və orfoqrafiya sahəsində aparılan tədqiqatlar da böyük elmi əhəmiyyət kəsb edib. Xüsusilə Lev Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Məruzədə orfoqrafiyanın yalnız dilçilik prinsip və qaydaları ilə deyil, həm də cəmiyyətin mədəni və sosial inkişafı ilə sıx bağlı olduğu vurğulanıb. Şerban dilin normalarının sosial funksiyasına geniş diqqət ayıraraq, yazı sisteminin həm təhsil, həm mədəniyyət, həm də milli identifikasiya baxımından strateji əhəmiyyətini elmi əsaslarla təqdim edib.

Bununla yanaşı, erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda təqdim etdiyi məruzə də xüsusi maraq doğurub. Məruzə türk dilinin erməni dili üzərində tarixi təsirini bütün dil səviyyələri – leksika, morfologiya, sintaksis və fonetika baxımından elmi şəkildə işıqlandırıb. R.Açaryanın tədqiqatında xüsusilə qeyd olunur ki, əski ermənicədən (qrabar) müasir ermənicəyə (aşqarabara) keçidin əsas stimul və səbəbi türk dilinin təsiri olub. Bu mövqe məruzənin elmi obyektivliyini artırmaqla yanaşı, dil tarixinin və qarşılıqlı təsirin qanuni və faktiki əsaslarını təqdim edir. Nəticə etibarilə R.Açaryanın araşdırması bugünkü dövrdə erməni şovinist ideologiyasına qarşı güclü və elmi əsaslı arqument kimi çıxış edir.

Bu məruzələr Qurultayda yalnız türk dili və onun struktur məsələlərinin deyil, eyni zamanda, regional dillər və mədəniyyətlər arasındakı qarşılıqlı təsirin də elmi metodlarla təhlil olunduğunu nümayiş etdirir. Onlar türkologiyanın həm nəzəri, həm də praktik aspektlərinə yeni yanaşmalar gətirib, elmi diskussiyalara zəngin töhfə verib.

Hər bir məruzə yalnız nəzəri aspektləri təqdim etməklə kifayətlənməyib, həm də tarixi və etnoqrafik konteksti dərindən işıqlandıraraq iştirakçılar arasında geniş və səmərəli diskussiyaların yaranmasına şərait yaradıb. Müzakirələrdə Türkoloji Qurultayın elmi səviyyəsinin yüksək olduğu bir daha nümayiş olunub, həmçinin türk dili və ədəbiyyatı, əlifba sistemləri, tarixi və etnoqrafik məsələlərin araşdırılmasında multidisiplinar yanaşmanın əhəmiyyəti vurğulanıb.

Birinci Türkoloji Qurultayın əsas müzakirə mövzularından biri də türk dilinin ümumi dəyərləri və türk xalqlarının bu dəyərləri qorumaq və inkişaf etdirmək üçün necə birgə hərəkət edə biləcəyini araşdırmaq idi. Türk dünyası müxtəlif tarixi və mədəni keçmişlərə sahib olmasına baxmayaraq, ortaq dil və mədəniyyət anlayışlarına malikdir. Bu anlayışlar bir araya gətirilərək türk dilinin və mədəniyyətinin qorunması və inkişafı üçün strateji planların hazırlanması məqsəd qoyulub. Qurultayda bu məsələyə xüsusi diqqət ayrılıb və türk xalqları arasında təhsil və mədəni mübadilənin artırılması tövsiyə olunub.

Qurultayın gündəliyində əsas müzakirə mövzuları kimi türk ədəbi dillərinin sinxron və diaxron şəkildə təsnifi, ortaq türk əlifbasının hazırlanması, vahid terminoloji sistemin qurulması, türk xalqlarının ortaq tarixi və ədəbiyyatının öyrənilməsi, türkologiyanın tədrisi və araşdırma metodlarının standartlaşdırılması kimi məsələlər ön planda dayanırdı. Xüsusilə latın qrafikalı ortaq türk əlifbasına keçid ideyası həmin dövrdə geniş dəstək qazanaraq, sonrakı illərdə bir çox türk respublikalarında əlifba islahatının aparılmasına zəmin yaratdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb