Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub
Bakı, 23 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz azalaraq 4 milyard 953,4 milyon manat olub.
AZƏRTAC ARDNF-in 2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 4 milyard 947,6 milyon manat (0,53 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişlər 4,9 milyon manat (1,4 dəfə artım) gəlir əldə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]