BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏKİ SƏFİRLİYİMİZDƏ BURADA YAŞAYAN SOYDAŞLARIMIZLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edən ölkəmzin BƏƏ-dəki səfiri Eldar Səlimov səfirliyin 2005-ci ildə gördüyü işlər barədə məlumat vermişdır. O, müstəqilliyimiz bərpa ediləndən sonra respublikamızda aparılan ictimai-siyasi və sosial-iqtisadi islahatları qeyd etmiş, ümummilli liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzunun daha da yüksəldiyini diqqətə çarpdırmışdır.
2006-cı ildə görüləcək işlər haqqında söz açan diplomat, burada yaşayan soydaşlarımızı Azərbaycan həqiqətlərinin yerli əhaliyə çatdırılmasında yaxından iştirak etməyə çağırmışdır.
Ölkənin müxtəlif yerlərindən gələn soydaşlarımız çıxışlarında bildirmişlər ki, dünyada yaşayan bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətini dəstəkləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]