Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır
Bakı, 19 dekabr, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd artaraq 346 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 467 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd artaraq 263 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 422 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd çoxalaraq 81 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 44 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd artaraq 2-yə yüksəlib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]