Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır
Bakı, 24 aprel, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı bir ədəd azalaraq 438 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 27 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı bir ədəd azalaraq 343 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 35 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 94 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 9 ədəd artıb. Müxtəlif təyinatlı qazma qurğularının sayı birdir.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma - 244-ə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]