Birləşmiş Ştatların gündəlik neft hasilatı 13 milyon barrel səviyyəsindədir
Bakı, 2 aprel, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 16 min barrel çoxalaraq sutkada orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 70 min barrel azalaraq sutkada 6,05 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 695 min barrel geriləyərək gündəlik 3,15 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 13 milyon barrel olacaq. 2021-ci ildə isə gündəlik hasilatın 13,56 milyon barrelə çatacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
- 14.10.2026 [10:41]
Almaniyada intiharların sayı artır
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [20:34]