BMT: Artıq 50 gündür ki, Qəzza sektoruna ərzaq çatdırmaq mümkün olmur
Bakı, 5 dekabr, AZƏRTAC
Artıq 50 gündən artıqdır ki, Qəzza sektorunun şimalına ərzaq çatdırmaq mümkün olmur və buradakı aclıq səviyyəsi əvvəlkindən daha acınacaqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Fələstin ərazilərindəki direktoru Antuan Renar məlumat yayıb.
“İnsanlar artıq vəziyyətin öhdəsindən gələ bilmirlər. Ərzaq demək olar ki, tükənib və bazarlar boşalıb. Noyabr ayında 815 min nəfərə yaxın insan Ümumdünya Ərzaq Proqramından yardım alıb ki, bu da ehtiyacı olanların yarısı qədərdir”, - deyə Antuan Renar bildirib.
Onun hesablamalarına görə, Fələstində 2,2 milyona yaxın insan kəskin qida çatışmazlığından əziyyət çəkir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza sektorunda fəaliyyət göstərən HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrail Fələstində hərbi əməliyyatlara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO
- 06.10.2026 [11:44]