BMT-nin Baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciət ünvanlanıb
Bakı, 13 may, AZƏRTAC
Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25 illiyi ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, “Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təşəbbüsü ilə hazırlanan müraciəti Azərbaycanın tanınmış siyasət, incəsənət, mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələri imzalayıblar.
Sənəd BMT-nin Bakıdakı nümayəndəliyinə təqdim edilib.
“Ümumqafqaz Evi”nin sədri Rizvan Hüseynov bildirib ki, bu günlərdə atəşkəsin əldə edilməsinin 25 illiyi tamam olur. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Bizim ünvanladığımız müraciətin əsas məqsədi odur ki, əgər sülh danışıqları heç bir kömək etmirsə, bu münaqişənin həllində bundan sonra baş verəcək hadisələrə görə, həmçinin beynəlxalq ictimaiyyət və qurumlar cavabdeh olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]