BMT-nin eksperti: Azərbaycan müstəmləkəçilik probleminin gündəmdə qalmasına kömək edir
Şuşa, 22 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
Müstəmləkə bölgələrinin geniş auditoriyaya çıxışı üçün hər hansı bir platforması yoxdur. Bu məsələdə Azərbaycan bizə böyük imkanlar yaradır. Azərbaycanın bu işdə bizim müttəfiqimiz olduğu üçün biz çox şadıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə müəllifi olduğu “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatının təqdimatı zamanı söyləyib.
Azərbaycanın müstəmləkəçilik probleminin gündəmdə qalmasına kömək etdiyini deyən K.Korbin ölkəmizin çox güclü tərəfdaş olduğunu vurğulayıb.
O, müstəmləkəçilikdən əziyyət çəkən xalqların mövcud imkanlardan məlumatsız olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, mübarizəni yalnız BMT-nin siyahısında olan ərazilərdə aparmaq mümkündür. Məsələn, siyahıya daxil olmayan Fransa Polineziyasının əhalisi Sakit okeanda baş verən hadisələrdən xəbərsizdir. Xalqı məlumatlandırmaq lazımdır. Azərbaycan bu işdə bizə çox kömək olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]