BMU-nun kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidənin önünə gül dəstələri qoyulub. Qarabağın azadlığı, ölkəmizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.