Boks üzrə Azərbaycan millisi hazırlığa başlayır
Bakı, 2 fevral, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək. Komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 boksçu cəlb edib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.
Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-dən 26-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]