Boksun Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsi iyunda müzakirə ediləcək
Bakı, 27 mart, AZƏRTAC
Boksun Tokio Olimpiadasının proqramında saxlanılması məsələsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyunda keçiriləcək iclasında müzakirə olunacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu BOK-un kommunikasiya üzrə direktoru Mark Adams jurnalistlərə bildirib.
Qeyd edək ki, Lozannada BOK-un növbəti iclası keçirilir. Toplantıda bir sıra qərarların qəbul ediləcəyi bildirilsə də, boksun Olimpiya Oyunlarının proqramında qalıb-qalmaması barədə qərar iyunda keçiriləcək iclasda qəbul olunacaq.
BOK bundan əvvəl Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) ilə bağlı istintaqın tamamlanmasına qədər Tokio Olimpiadasında boks yarışlarının keçirilməsi planını “dondurub”. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, sınaq tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]