“Boloniya yaddaş kitabçası” təqdim olunacaqdır
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan 2005-ci ildə ali təhsildə keyfiyyətin yüksəldilməsi və Avropa təhsil sisteminə inteqrasiya məqsədilə Boloniya prosesinə qoşulmuşdur. Hazırda respublikanın ali təhsil müəssisələrində tədris prosesi bu sistem əsasında aparılır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Boloniya prosesi haqqında tələbələri maarifləndirmək məqsədilə “Baloniya yaddaş kitabçası” hazırlanmışdır. Kitabı Azərbaycan Dillər Universiteti ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev tərtib etmişdir.
Kitabça mayın 19-da ATGTİ-nin qərargahında təqdim ediləcəkdir. Mərasimdə “Boloniya yaddaş kitabçası” haqqında ətraflı məlumat veriləcək, Boloniya prosesinin prinsipləri, təhsildə kreditin mahiyyəti haqqında danışılacaqdır.
Qeyd edək ki, Avropa təhsil sisteminin qısa xülasəsi olan kitabçada tələbələr onları maraqlandıran bir çox suallara cavab tapa biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]