Bolqar nazir müavini: Enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizi böyük rol oynayır VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Bolqarıstanda bərpaolunan enerji istehsalını artırmaq əsas məqsədlərdəndir və təhlükəsizlik vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın energetika nazirinin müavini İva Petrova Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Bolqarıstan Cənub Qaz Dəhlizinə (CQD) 2022-ci ildə qoşulub. Layihədə şaquli qaz infrastrukturunu inkişaf etdiririk. Rumıniyaya doğru genişləndirmə gedir və dəhlizin şaxələndirilməsində bu, önəmli addımdır. Enerji təhlükəsizliyində CQD böyük rol oynayır. Həm region təhlükəsizliyində, həm də CQD-da Azərbaycan etibarlı partnyor kimi çıxış edir”, - deyə bolqar nazir müavini qeyd edib.