Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçiriləcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Noyabrın 21-23-də Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi (IANCO25) keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konqres Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Botanika İnstitutu və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə hibrid formatda baş tutacaq.
2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Trabzonda keçirilmiş konqres apiterapiya və təbiətə əsaslanan elmlər sahəsində görkəmli tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələrə, əməkdaşlığa və yeni layihələrin inkişafına töhfə verməyi hədəfləyir.
IANCO25-də təqdim olunan bütün məqalələr ciddi ekspertiza əsasında qiymətləndiriləcək və qəbul edilən məqalələr “Konqres materialları” jurnalında dərc olunacaq. Seçilmiş tam mətn məqalələr rəydən sonra müxtəlif indekslərdə yer alan “Journal of Apitherapy and Nature” dərgisində çap ediləcək.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən 50-dən çox elm adamının iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [15:57]
Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]