Böyük Britaniya Hörmüz boğazında təhlükəsizliyin bərpası üçün addımlar atır
London, 8 aprel, AZƏRTAC
Böyük Britaniya Amerika Birləşmiş Ştatları və İran arasında əldə olunan atəşkəsdən sonra Hörmüz boğazında etimadı bərpa etmək üçün gəmiçilik, sığorta və enerji sektorları ilə əməkdaşlıq edəcək.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvett Kuper bildirib.
O deyib ki, London vəziyyəti mümkün qədər tez sabitləşdirmək və beynəlxalq ticarət marşrutlarında təhlükəsizliyi təmin etmək üçün müvafiq sahələr üzrə şirkətlərlə birgə çalışacaq.
İvett Kuper vurğulayıb ki, İran dərhal Hörmüz boğazında kommersiya gəmiçiliyinə maneə yaradan bütün fəaliyyətləri dayandırmalıdır. Onun sözlərinə görə, mina yerləşdirilməsi, pilotsuz uçuş aparatları ilə hücumlar və digər maneə törətmə cəhdləri dərhal dayandırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]