BÖYÜK BRİTANİYA KRALİÇASI UKRAYNA PREZİDENTİNƏ MÜKAFAT TƏQDİM ETMİŞDİR
Britaniyanın yeni Çetam-haus mükafatının təqdimolunma mərasimi oktyabrın 17-də kraliçanın və onun əri Edinburq hersoqunun iştirakı ilə keçirilmişdir.
Təntənəli hissə başa çatdıqdan sonra Ukrayna liderinin şərəfinə qəbul təşkil edilmişdir. Gecədə Baş nazirin xanımı Şeri Bleyer çıxış etmişdir.
Mükafatın təqdim olunmasının əsaslandırılmasında deyilir: “V.Yuşşenkonun dövlət xadimi kimi nailiyyəti vətənində baş vermiş siyasi inqilabda qələbəsi və eyni zamanda, Ukraynanın siyasi və iqtisadi həyatına təsir göstərməyə çalışan qonşu dövlətlərlə qarşılıqlı fəaliyyəti olmuşdur”.
Oktyabrın 17-də səhər V.Yuşşenko Birləşmiş Krallığın Baş naziri Toni Bleyerlə görüşmüş və onunla Ukrayna-Avropa Birliyi zirvə görüşünə hazırlıq məsələlərini müzakirə etmişdir.
Ukrayna Prezidenti Britaniya biznesinin nümayəndələri ilə də görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]