DÜNYA
Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri bağışlayacaq
![Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri bağışlayacaq](/files/2022/3/1200x630/16656666085201044082_1200x630.jpg)
London, 13 oktyabr, AZƏRTAC
Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri bağışlayacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bununla bağlı bəyanat verib. Ukraynaya hava hücumundan müdafiə raketləri, o cümlədən qanadlı raketləri vura bilən Qabaqcıl Orta Mənzilli Havadan-Havaya Raketləri (AMRAAM) hədiyyə ediləcəyini açıqlayıb.
Bəyanatda deyilir ki, “ABŞ-ın öhdəliyinə götürdüyü Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemi (NASAMS) ilə birlikdə istifadə üçün yaxın həftələrdə veriləcək AMRAAM raketləri Böyük Britaniya tərəfindən Ukraynaya hədiyyə edilən və kruizləri vura bilən ilk raketlərdir. Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək Britaniyanın hərbi dəstəyi üçün prioritet olub və belə də qalır”.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, bu silahlar Ukraynaya səmalarını hücumlardan qorumağa və gücləndirməyə kömək edəcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London